[b]Rəqibimiz darmadağın oldu[/b]
25.02.2017 - 10:05
[b]Rəqibimiz darmadağın oldu[/b]

Futzal üzrə Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olan Macarıstan yoxlama oyunu keçirib. Apasport.az saytının məlumatına görə, rəqibimiz Sloveniya millisi ilə üz-üzə gəlib.

 

Macarıstan futzalçıları bu qarşılaşmada meydana çıxmağa peşman olublar. Belə ki, balkanlılar 5:0 hesablı qələbə qazanıb.

 

Rəqibimizin darmadağını ilk hissədəki 3 cavabsız qolla başlayıb. Fasilədən sonra isə sloveniyalılar daha iki dəfə fərqlənib.

 

Qeyd edək ki, aprelin 3-12-də keçiriləcək seçmə mərhələdə yığmamız Bosniya və Herseqovina, Macarıstan, Albaniya ilə üz-üzə gələcək. Matçlar Bakıda baş tutacaq.