[b]Rəqiblər “İnter”in futbolçusundan nə istəyir?[/b]
08.07.2017 - 15:33
“İnter”in futbolçusu Pərdis Fərcad-Azad Avropa Liqasının I təsnifat mərhələsində ən çox qayda pozuntusuna məruz qalan futbolçular sırasındadı. Apasport.az saytının məlumatına görə, milliləşən legioner Serbiya “Mladost”u ilə görüşlərdə 11 dəfə folla dayandırılıb.
Təmsilçimiz bu göstəricidə Avropa Liqasında 2-cidi. Yalnız bir oyunçu daha çox kobudluqla dayandırılıb.
Bu da “Çixura”nın futbolçusu Marinko Sardalişvilidi. Gürcüstanlının yolunu 12 dəfə belə kəsiblər.
Qeyd edək ki, Pərdis keçirdiyi 2 oyunda cəmi 1 dəfə qaydanı pozub.
0
0