[b]Rəqiblərimizin oyununda 5 qol[/b]
07.10.2016 - 09:11
[b]Rəqiblərimizin oyununda 5 qol[/b]

19 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin qarşılaşmaları Litvada təşkil olunan V qrupunda II tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin çıxış etdiyi qrupun ikinci oyun günü meydan sahiblərinin Avstriya ilə görüşü ilə yekun vurulub.

 

Məhsuldar keçən görüşdə qonaqlar qalib gəlib – 3:2. Bu qələbə avstriyalıları top fərqinə görə qrupun lideri edib. Həm Bosniya və Herseqovina, həm də Avstriya ilk iki yerdən birini təmin edərək, elit-raunda vəsiqəni təmin edib.

 

Turun ilk matçında isə Azərbaycan Bosniya və Herseqovinaya uduzmuşdu – 1:2.

 

Litva isə Azərbaycan millisi ilə eyni göstəricilərə malikdi. Oktyabrın 9-da baş tutacaq son turun görüşü 3-cü yerin taleyinə aydınlıq gətirəcək.

 

Qeyd edək ki, elit-raunda hər qrupda ilk 2 yeri tutan komandalar, həmçinin ən yaxşı 3-cü yer sahibi yüksələcək.

 

19 yaşadək futbolçular arasında Avropa çempionatı

V qrup

II tur, 6 oktyabr

Avstriya – Litva – 3:2

 

1

Avstriya

2

2

0

0

7-3

6

2

Bosniya və Herseqovina

2

2

0

0

5-1

6

3

Azərbaycan

2

0

0

2

2-6

0

4

Litva

2

0

0

2

2-6

0