[b]Rəşad Sadiqov 60-ı haqladı[/b]
13.07.2016 - 16:59
[b]Rəşad Sadiqov 60-ı haqladı[/b]

Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunu “Qəbələ”nin futbolçusu Rəşad Sadiqov üçün yubiley xarakteri daşıyacaq. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar”ın kapitanı avrokuboklarda 60-cı matçında çıxacaq.

 

O, bu göstəricidə 60-ı arxada qoyan 2-ci futbolçu olacaq. İndiyədək yalnız “Qarabağ”ın müdafiəçisi Rəşad Sadıqov Azərbaycan klublarının heyətində 60-dan artıq avrokubok matçına çıxıb.

 

Düz 12 il əvvəl – 2004-cü il iyulun 13-də “Neftçi”nin Bosniya və Herseqovinada “Şiroki Briyeq”lə qarşılaşmasında debüt edən yarımmüdafiəçi indiyədək 59 matçda 7 qol vurub. O, “Neftçi”də 26 matçda 4, “Qarabağ”da 19 oyunda 3 dəfə fərqlənib. “Qəbələ” ilə 15-ci avrokubok matçına çıxacaq Sadiqov hələ qol sevinci yaşamayıb.

 

Yarımmüdafiəçi Çempionlar Liqasında 11 oyunda 1, İntertoto kubokunda 5 görüşdə 2 qola sevinib. Avropa Liqasındakı 44-cü oyunadək isə 4 dəfə fərqlənib.