“Zirə” klubunda gözlənilməz ayrılıq baş verib. Apasport.az-ın klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, yarımmüdafiəçi Rəşad Sadiqov komandadan kənarlaşdırılıb.
Bildirilir ki, baş məşqçi Ayxan Abbasov bu barədə rəhbərliyə təqdimat ünvanlayıb. Nəticədə futbolçu intizamsız davranışına görə komandadan xaric edilib.
34 yaşlı futbolçu yeni komandasının heyətində cəmi 4 oyun keçirməyə macal tapıb. Bu da Avropa Liqası matçlarına təsadüf edir. Həm “Differdanj”, həm də “Astra” ilə qarşılaşmaların hər birində iştirak edən Sadiqov ümumilikdə 254 dəqiqə meydanda olub. O, II təsnifat mərhələsində “Astra” ilə səfər matçında bakılıların yeganə qolunun müəllifi olub.
Qeyd edək ki, Rəşad Sadiqov “Zirə”yə bu yay “Qəbələ”dən keçib.
- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi