[b]Rəşad Sadıqov Çarltona çatır, “beşlik” ilkini gözləyir[/b]
03.03.2017 - 16:21
[b]Rəşad Sadıqov Çarltona çatır, “beşlik” ilkini gözləyir[/b]

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkinin bu gün açıqladığı heyətdə yer alan futbolçuların millidəki oyun və qol göstəriciləri açıqlanıb. Apasport.az saytının hesablamalarına görə, tərtib olunan cədvələ Rəşad Sadıqov başçılıq edir.

 

Kapitan yığmada 105 matç keçirib. O, Qətərlə martın 9-da keçiriləcək görüşdə meydana çıxsa, 106-cı oyununda iştirak edəcək. Bu isə müdafiəçinin dünyanın 271-cisi adına şərik edəcək.

 

Söhbət yığmada ən çox oyun keçirən futbolçuların siyahısından gedir. Bobbi Çarlton, Henrik Larsen, Frank Lempard, Nani, Aleksis Sançes, Dieqo Qodin, həmçinin “Neftçi”nin sabiq üzvü Dmitri Kruqlov da 106 matç keçirənlər arasındadı. Rəşad onlara çatsa, 271-ci yerin 18-ci şəriki olacaq.

 

Digər oyunçulara gəlincə, Ruslan Abışov yubiley – 50-ci matçın astanasındadı. Qara Qarayev 30, Səlahət Ağayev isə 10-cu dəfə şans qazanmasını gözləyir.

 

5 futbolçu isə yığmada debüt edə bilər. Onlardan 4-ü ilk dəfə millinin heyətinə cəlb olunub. Bunlar Riçard Almeyda, Şahrudin Məhəmmədliyev, Abbas Hüseynov və Tellur Mütəllimovdu.

 

Yığmada yeni ad olmayan Mahir Mədətov isə dəvət aldığı komandada ilk matçına hələ çıxmayıb. Bu isə ona da debüt imkanı yaradır.

 

 

111

 

futbolçu

oyun

qol

Rəşad Sadıqov

105

4

Rahid Əmirquliyev

52

3

Ruslan Abışov

49

4

Cavid Hüseynov

46

2

Rauf Əliyev

44

7

Elvin Məmmədov

36

7

Qara Qarayev

29

0

Bədavi Hüseynov

28

0

Araz Abdullayev

20

0

Arif Daşdəmirov

15

0

Ruslan Qurbanov

15

1

Məhəmməd Mirzəbəyov

13

0

Ağabala Ramazanov

10

1

Səlahət Ağayev

9

-6

Namiq Ələsgərov

6

0

Tərlan Quliyev

6

0

Anar Nəzirov

4

-2

Ürfan Abbasov

1

0

Abbas Hüseynov

0

0

Mahir Mədətov

0

0

Riçard Almeyda

0

0

Şahrudin Məhəmmədliyev

0

0

Tellur Mütəllimov

0

0