[b]Rəşad Sadıqovun gözlədiyi püşk nə vaxt atılır?[/b]
12.05.2017 - 00:01
[b]Rəşad Sadıqovun gözlədiyi püşk nə vaxt atılır?[/b]

UEFA-nın U-19 komandaları arasında təşkil etdiyi Gənclər Liqasının püşkatma mərasimlərinin tarixi bəlli olub. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi və “Qarabağ”ın kapitanı Rəşad Sadıqovun baş məşqçisi olduğu Ağdam təmsilçisinin U-19 komandasının rəqibləri avqustda müəyyənləşəcək.

 

AFFA-nın U-19 Liqasında qalib olan “Qarabağ”ın rəqiblərinin yarışın hansı yolunda mübarizə aparması isə hələ dəqiq deyil. Sadıqovun komandasının gözlədiyi püşkatma da bundan asılıdı.

 

Məsələ ondadı ki, əsas komandası Çempionlar Liqasında çıxış edən “Qarabağ” bu yarışın qrupuna düşsə, belə uğur U-19-a da təsir edəcək. Gənclər turnirin Çempionlar Liqası yolunda mübarizə aparacaq.

 

Bu mərhələnin püşkü elə Çempionlar Liqası ilə eyni atılacaq. Avqustun 24-də əsas komandanın düşdüyü qrup həm də U-19-un mübarizə aparacağı “dördlük” olacaq.

 

Əgər Sadıqovun futbolçu kimi oynadığı komanda Çempionlar Liqasında tarixi uğura imza atıb qrupa düşməsə, onun çalışdırdığı U-19 Gənclər Liqasının Çempionlar yolunda qüvvəsini sınayacaq. Burada ilk iki mərhələnin püşkatması avqustun 29-da keçiriləcək.

 

Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqası və ya Çempionlar yolunu adlasa, pley-offda çıxış edəcək. Bu raundun püşkü dekabrın 11-də atılacaq.