[b]Reynaldo ən qeyri-sərrastlar arasında[/b]
30.09.2016 - 14:20
[b]Reynaldo ən qeyri-sərrastlar arasında[/b]

Avropa Liqasının II turunun oyunlarından sonra qrup mərhələsinin fərqlənən futbolçularının siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, bu mərhələdə çıxış edən Azərbaycan təmsilçiləri “Qəbələ” və “Qarabağ”ın üzvləri də cədvəllərdə yer alıb.

 

Ön sıralarda isə yalnız bir təmsilçimiz qərarlaşıb. Bu, “Qarabağ”ın braziliyalı futbolçusu Reynaldodu. O, qapı istiqamətinə qeyri-dəqiq zərbələrdə fərqlənib.

 

Belə ki, Reynaldo 2 matçda 5 dəfə hədəfə düşməyən zərbə endirib. O, ən qeyri-sərrastlar arasında 2-6-cı yeri bölüşən 5 oyunçudan biridi. Hamıdan öndə isə “Genk”in üzvü Leon Beyli qərarlaşıb.

0