[b]Reynaldo Qurban Qurbanovun qərarını gözləyir[/b]
17.03.2015 - 14:05
[b]Reynaldo Qurban Qurbanovun qərarını gözləyir[/b]

Topaz Premyer Liqasının XXVI turu çərçivəsində “Sumqayıt”ın qonağı olacaq “Qarabağ” hazırlığını davam etdirir. Apasport.az saytının məlumatına görə, Ağdam klubu tam heyətlə məşq edir.

 

Belə ki, “Xəzər Lənkəran”la çempionat və “Bakı” ilə kubokun cavab matçını buraxan Reynaldo Silva sıraya dönüb. Zədəsini tam sağaldan braziliyalı futbolçu 2 gündü ki, komanda ilə birgə məşq edir. Həkimlər Reynaldonun durumunda problem olmadığını bildiriblər. “9 nömrə”nin “Sumqayıt”la matçda forma geyinəcəyi gözlənilir. Baş məşqçi Qurban Qurbanov şans verəcəyi təqdirdə, Reynaldo bu görüşdə komandasına kömək edə biləcək. 

 

“Sumqayıt”ın da düşərgəsində vəziyyət ürəkaçandı. Aqil Məmmədovun komandasında zədəli və cəzalı futbolçu yoxdu. Baş məşqçi “Qarabağ”la oyunun heyətini qurarkən çətinliklə üzləşməyəcək.

 

Qeyd edək ki, “Sumqayıt” – “Qarabağ” matçı sabah saat 16:00-da keçiriləcək.