[b]Reynaldo Silva komandasından ayrı düşdü[/b]
08.04.2017 - 14:25
[b]Reynaldo Silva komandasından ayrı düşdü[/b]

Superliqanın XXVII turu çərçivəsində “Çaykur Rizəspor”u qəbul edəcək “Adanaspor” klubu matçın hazırlığını davam etdirir. Apasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, Adana təmsilçisi tam heyətlə məşq edə bilmir.

 

Belə ki, baş məşqçi Levent Şahinin keçdiyi məşqlərdə bir futbolçu iştirak etmir. Söhbət Azərbaycan çempionatının bombardiri olmuş Reynaldo Silvadan gedir.

 

“Qarabağ”ın sabiq hücumçusu yeni komandasının dünənki məşqinə də qatılmayıb. Buna səbəb Reynaldonun yoluxucu xəstəlik olan qripə tutulmasıdı. Kollektivdən ayrı düşən braziliyalının “Çaykur Rizəspor”la matçda iştirak edəcəyi gözlənilmir.

 

Qeyd edək ki, sabah keçiriləcək “Adanaspor” – “Çaykur Rizəspor” matçı Bakı vaxtı ilə 20:00-da start götürəcək.