[b]Reynaldonun yeni klubunun adına aydınlıq gəldi[/b]
10.09.2017 - 16:00
[b]Reynaldonun yeni klubunun adına aydınlıq gəldi[/b]

“Qarabağ”ın keçmiş braziliyalısı Reynaldo Silvanin yeni klubu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Türkiyənin “Adanaspor” klubundan ayrılan hücumçu karyerasını İsveçrədə davam etdirəcək. 

 

Türkiyə mətbuatında yer alan xəbərlərdə “sambaçı”nın “Yanq Boyz”la anlaşdığı qeyd olunub. Transfer dönəmində də bu klubla danışıqlar aparan və keçidi sağlıq səbəblərindən baş tutmayan oyunçu ilə danışıqlar yenidən bərpa olunub.

 

28 yaşlı futbolçunun yaxın günlərdə tibbi müayinədən keçəcəyi və müqavilə imzalayacağı gözlənilir.

 

Qeyd edək ki, Reynaldo bu ilin yanvar ayında “Qarabağ”dan 475 min avro qarşılığında “Adanaspor”a transfer olunmuşdu.

0