[b]Riçard Almeyda: İkinci oyun birincidən daha çətin olacaq - MÜSAHİBƏ[/b]
13.07.2016 - 00:06
[b]Riçard Almeyda: İkinci oyun birincidən daha çətin olacaq - MÜSAHİBƏ[/b]

“Düdelanj”la oyunda iki qol vuraraq “Qarabağ”ın qələbəsinin əsas memarı olan Riçard Almeyda matçdan sonra apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Oyun necə keçdi?

- Asan oyun olmayacağını bilirdik. Hər dəfə biz top itirəndə onların qurduqları əks hücumlardan başa düşürdük ki, təhlükəli komandadı. Ancaq hələ heç nəyekunlaşmayıb. Bizi çətin oyun gözləyir. Eyni konsentrasiya və eyni diqqətlə hazırlaşacağıq.

 

- Hesab erkən açılandan sonra hər kəs fərqin böyük olacağını düşünürdü. Ancaq sanki “Qarabağ” ikinci hissəni “yola verdi”...

- Biz istiyirdik ki, daha çox qol vuraq. Ancaq rəqib ikinci hissədə “bağlandı”, müdafiəyə çəkildi. Ona görə də bizim üçün çətin oldu.

 

- Zədə nə yerdədi?

- O qədər də ağır zədə deyil. Sabahdan etibarən daha yaxşı olacaq.

 

- Necə düşünürsünüz, bu hesab növbəti mərhələyə çıxmağa bəs edəcəkmi? Cavab matçından nə gözləyirsiniz?

- İkinci oyun birincidən daha çətin olacaq. Biz də buna uyğun hazırlaşacağıq.

 

- İki qol vurdu, oyunun qəhrəmanı oldu...

- Qol sonda mənim ayağımdan gələ bilər, ancaq bu bütün komandanın birgə hazırlayıb vurduğu qoldu. Önəmli olan qələbədi.