Braziliyalı futbolçu Rikardinyo “Qəbələ”nin heyətində avrokuboklardakı qol hesabını açıb. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar”ın Avropa Liqasının qrup mərhələsinin V turunun “Anderlext”lə oyununda fərqlənən müdafiəçinin qolu komandasına xal qazanmağa kifayət etməyib.
“Qəbələ”nin 1:3 hesablı məğlubiyyət aldığı qarşılaşmada rəqib qapısına penaltidən yol tapan Rikardinyo Azərbaycan klublarının heyətində qol sevinci yaşayan 119-cu futbolçudu.
Bunadək təmsilçilərimizin 246 qolundan 242-nə 118 futbolçumuz imza atmışdı. Digər 4 qol isə rəqiblərin avtoqolu hesabına gerçəkləşib.
- “Barselona” Premyer Liqadan transferə hazırlaşır
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
- “Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat