[b]Robert Prosineçki: Onunla tez-tez görüşürük[/b]
26.02.2015 - 10:04
[b]Robert Prosineçki: Onunla tez-tez görüşürük[/b]

Millimizin çalışdırıcısı Robert Prosineçki Türkiyə mətbuatına maraqlı açıqlamalar verib. Apasport.az saytı xəbər verir ki, xorvatiyalı mütəxəssis Türkiyə yığmasının baş məşqçisi Fatih Terim və “Beşiktaş”dakı həmyerlisi Slaven Biliç haqda danışıb.

 

Xorvatiya millisində Biliçin köməkçisi kimi çalışmış Prosineçki onunla indi də görüşdüklərini deyib: “Beşiktaş” çox yaxşı mövsüm keçirir. Onlar “Qalatasaray” və “Fənərbaxça” ilə yarışırlar. Biliç çox yaxşı insan və əla məşqçidi. Onunla imkan tapdıqca tez-tez görüşürük”.

 

Prosineçki türk həmkarı Fatih Terimin də ünvanına təriflər yağdırıb: “Türkiyə yığmasının “sükanı arxası”na Fatih Terim kimi usta məşqçi gətirilib. Terimlə birlikdə daim inkişaf edirlər və yüksəlirlər”.

 

Son olaraq sabiq komandası “Kayserispor” barədə də fikir bildirən yığmamızın çalışdırıcısı Kayseri klubunun hazırkı durumuna sevinir: “Kayserispor”un çempionatda vəziyyəti yaxşıdı. Kayseridə çox gözəl və uğurlu il yarım keçirdim. İnşallah, bu mövsüm çempion olub, yenidən Superliqaya qayıdarlar”.