[b]Robert Prosineçkinin mətbuat konfransının vaxtı açıqlandı[/b]
31.08.2017 - 11:48
[b]Robert Prosineçkinin mətbuat konfransının vaxtı açıqlandı[/b]

DÇ-2018-in seçmə mərhələsində keçiriləcək Azərbaycan – San Marino oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, sentyabrın 4-də, 8-ci km qəsəbə stadionunda baş tutacaq matçdan bir gün öncə hər iki yığmanın çalışdırıcısı jurnalistlər önünə çıxacaq.

 

Sentyabrın 3-də saat 18:45-də qonaqların baş məşqçisi Pyerancelo Manzarolinin mətbuat konfransı təşkil olunacaq. 19:30-da isə cırtdan ölkə təmsilçisi ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşqə çıxacaq.

 

Saat 20:30-da isə millimizin baş məşqçisi Robert Prosineçki KİV nümayəndələrinin önünə çıxacaq. Yarım saat sonra isə yığmamız ilk 15 dəqiqəsi açıq olan son məşqinə çıxacaq.

 

Hər iki yığmanın məşqi, həmçinin mətbuat konfransı 8-ci km qəsəbə stadionunda keçiriləcək.