Bu gün İntizam Komitəsinin növbəti iclası keçirilib. Apasport.az PFL-in saytına istinadən xəbər verir ki, toplantıda Premyer Liqanın XVI turu çərçivəsində keçirilmiş “Qəbələ” – “Neftçi” matçındakı neqativ hallarla bağlı qərarlar qəbul olunub.
Ev sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün “Qəbələ” 800 manat cərimə olunub.
Oyunun 90+1-ci dəqiqəsində “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk və “Neftçi”nin məşqçisi Aleksandr Deriberin texniki zona qaydalarını pozduqlarına görə hər iki məşqçi 1 oyunluq cəzalanıb. “Qəbələ”nin baş məşqçisi bu halı ikinci dəfə təkrarladığı üçün klub 1600 manat, “Neftçi” isə 800 manat cərimə olunub.
Analoji hadisə yenidən təkrarlanacağı təqdirdə, klublara daha ağır sanksiya tətbiq olunacaq.