[b]Roman Qriqorçuk: Bakıdakı stadionlar dünya standartlarına tam cavab verir[/b]
14.01.2016 - 18:53
[b]Roman Qriqorçuk: Bakıdakı stadionlar dünya standartlarına tam cavab verir[/b]

"Azərbaycandakı stadionların durumu ilə bağlı fikirlərimin əksini tapdığı xəbərlər məni xeyli təəccübləndirdi. Əminliklə deyə bilərəm ki bu məlumatlar həqiqəti əks etdirmir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

 

Ukrayna və Latviya mətbuatında 51 yaşlı mütəxəssisin Azərbaycandakı stadionların durumundan narazı olduğu bildirilir. Ukraynalı mütəxəssis klubun rəsmi saytına açıqlamasında bildirib ki, stadionlar barədə fikirlərini heç bir mətbu orqanı ilə bölüşməyib: “Əgər həqiqətən də mənim Azərbaycandakı stadionlarla bağlı fikrimi bilmək istəyirsinizsə, bunları deyə bilərəm: Bakıdakı stadionlar dünya standartlarına tam cavab verir. Bu mübahisəyə ehtiyacı olmayan faktdır. O ki qaldı ölkə çempionatında çıxış etdiyimizi arenalara, demək olar ki bütün komandaların yüksək səviyyəli stadionu var. Xüsusilə, "Bakcell Arena" mənim çox xoşuma gəlir. Bakıda nəinki stadionlar, ümumiyyətlə, idman arenaları ən xoş sözlərə layiqdir. Bunu burada olan bütün insanlar təsdiqləyə bilər. Məni stadionlarla bağlı narahat edən yeganə məqam bəzi süni örtüklü meydançaların durumudur. Bu da təbii ki, bütün stadionlara aid deyil.  Öz stadionumuza gəlincə, kifayət qədər gözəl arenamız var, istədiyimiz tam şərait yaradılıb, infrastruktur  ideal səviyyədədir. Bu məsələni klub rəhbərliyi ilə heç vaxt müzakirə etməmişəm".

0