Əfsanəvi braziliyalı futbolçu Ronaldinyo daha bir ölkədə futbol akademiyası açmaq qərarına gəlib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, “sambaçı” bu məqsədlə qardaş ölkəyə yollanıb.
O, Qremio, Dubay və Bakıdan sonra futbol məktəbi açacağı 4-cü şəhərin İstanbul olacağını açıqlayıb: “Futbolu çox sevirəm. Hər zaman gənclərə örnək olmağa çalışıram. Tezliklə İstanbulda futbol məktəbi açacağam. Burdakı gənclərin inkişafına kömək etmək, ulduz olmağa namizədlərin özlərini göstərmələrinə dəstək vermək istəyirəm. Bununla bağlı çalışmalarımız davam edir”.
Qeyd edək ki, Qremio və Dubayda futbol məktəbi fəaliyyət göstərən Ronaldinyo ötən ilin oktyabr ayında Bakıya səfəri zamanı paytaxtımızda da akademiya açacağını açıqlamışdı.