[b]Ronaldo 275 min avrodan imtina etdi[/b]
13.07.2016 - 16:04
[b]Ronaldo 275 min avrodan imtina etdi[/b]

Madrid “Real”ının futbolçusu Kriştianu Ronaldo xeyirxah addım atıb. Apasport.az saytının məlumatına görə, 3 gün öncə Avropa çempionu adını qazanan Portuqaliya yığmasının kapitanı xərçəng xəstəliyindən əziyyət çəkən insanlara yardım edib.

 

Belə ki, Ronaldo AÇ-2016-dakı çempionluğa görə ona verilən 275 min avronu özünə götürməyib. O, həmin məbləği müalicə olunan “xərçəng” xəstələrinə bağışlayıb.

 

Ronaldonun bu hərəkəti dünya mediası tərəfindən yüksək qiymətləndirilib.

 

Qeyd edək ki, AÇ-2016-nın Fransa ilə keçirilən final matçında Ronaldo zədələnərək, 25-ci dəqiqədə meydandan çıxmaq məcburiyyətində qalmışdı. Onun yoxluğunda portuqallar Ederin qolu sayəsində 1:0 hesablı qələbə qazanmışdılar.