[b]Ronaldo “Napoli”yə qarşı oynayacaqmı?[/b]
06.03.2017 - 10:29
[b]Ronaldo “Napoli”yə qarşı oynayacaqmı?[/b]

“Real”ın futbolçusu Kriştianu Ronaldonun Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşləri çərçivəsində “Napoli”yə qarşı oynayıb-oynamayacağı müəyyənləşib. Apasport.az saytı AS nəşrinə istinadən xəbər verir ki, portuqaliyalı hücumçu sıraya dönüb.

 

La Liqada “Eybar”la matçda iştirak etməyən 32 yaşlı futbolçu “Napoli”yə qarşı oynaya biləcək. Əslində, Ronaldo çempionat görüşünə də hazır olub. Sadəcə, məşqçilər korpusu onu “Napoli” ilə qarşılaşmaya saxlayaraq, zədəsini tam sağaltması və dincəlməsinə şərait yaradıb.

 

Qeyd edək ki, “Napoli” – “Real” matçı sabah keçiriləcək. Bu komandaların ilk görüşü “kral klubu”nun 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.