[b]Ronaldo “Qızıl top” mərasiminə qatılmayacaq[/b]
12.12.2016 - 12:30
[b]Ronaldo “Qızıl top” mərasiminə qatılmayacaq[/b]

Madrid “Real”ının futbolçusu Kriştianu Ronaldo “Qızıl top” mükafatı ilə bağlı keçiriləcək mərasimə qatılmayacaq. Apasport.az saytı “The Mirror” nəşrinə istinadən xəbər verir ki, bu, portuqaliyalı superulduzun “qalaktikos”un heyətində klublararası dünya çempionatında iştirakı ilə bağlıdı.

 

Belə ki, “Real” dekabrın 15-də turnirin yarımfinal görüşü çərçivəsində meydana çıxacaq. Zinəddin Zidanın komandası finala çıxmaq uğrunda Meksikanın “Amerika” klubu ilə mübarizə aparacaq.

 

Qeyd edək ki, “Qızıl top” mükafatının qalibinin rəsmi şəkildə açıqlanması bu günə planlaşdırılıb.