[b]Ronaldo: Onun məsləhətini dinlədim, qol vurdum[/b]
16.04.2016 - 12:28
[b]Ronaldo: Onun məsləhətini dinlədim, qol vurdum[/b]

Madrid “Real”ının futbolçusu Kriştianu Ronaldo maraqlı açıqlaması ilə diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, o, Çempionlar Liqasının ¼ final mərhələsinin cavab oyunları çərçivəsində “Volfsburq”la matçı xatırlayıb.

 

Həmin görüşdə het-trik edən Ronaldo qollardan birini cərimə zərbəsindən vurmuşdu.

 

Bununla bağlı danışan portuqaliyalı superulduz bildirib ki, matçdan öncə komanda yoldaşı Keylor Navasın məsləhətini dinləyib: “Mən Navasla birlikdə məşq edirəm. O, “Volfsburq”la cavab matçından öncə mənə məsləhət verdi. Əminəm ki, bunu danışmağımı istəmir. Amma mənə dedi ki, cərimə zərbəsi vurmalı olsam, topa yavaş yaxınlaşım, yəni sürət yığaraq deyil. Navas mənim cərimə zərbələrini necə yerinə yetirdiyimi bilir. Başa düşdü ki, ənənəvi tərzdə zərbə vursam, qol olmayacaqdı. Onun məsləhətini dinlədim, qol vurdum”.