“Real”ın hücumçusu Kriştianu Ronaldo İspaniya hökumətinə olan 6 milyon avroluq borcunu ödəyib. Apasport.az saytının “Marca” nəşrinə istinadən məlumatına görə, vergidən yayınmaqda ittiham edilən portuqaliyalı superulduz bununla canını qurtarmaya bilər.
İspaniyanın Vergi Xidməti onun 2011-2014-cü illər ərzində Vircin adalarındakı "ofşor" hesablarından istifadə etdiyini, nəticədə dövlət büdcəsinə 8 milyon avro ödəmədiyini bildirib. 32 yaşlı futbolçunun bu üzdən həbsi tələb edilirdi.
Portuqaliya millisinin kapitanı 6 milyon avroluq borcunu ödəsə də, məbləğ daha da arta bilər. Belə ki, cinayət işi təsdiqlənərsə, onun 16 milyon avroya qədər cərimələnməsi istisna deyil.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA