[b]Ronaldo ildə 45 milyon avro məvacib alacaq[/b]
08.11.2016 - 15:57
Kriştianu Ronaldo futbol tarixinin ən yüksək maaş alan oyunçusu adına yiyələnib. Apasport.az saytı Britaniyanın “The Sun” nəşrinə istinadən xəbər verir ki, buna portuqaliyalı superulduzun “Real”la yeni müqavilə imzalaması səbəb olub.
Dünən “kral klubu” ilə sözləşməsinin müddətini 2021-ci ilə qədər uzadan Ronaldo bundan sonra ilinə 45 milyon avro məvacib alacaq. Bu isə o deməkdi ki, 5 il ərzində onun maaşı 225 milyon avro bərabər olacaq.
Qeyd edək ki, “Sportinq”in yetirməsi olan Ronaldo “Real”a 2009-cu ildə “Mançester Yunayted”dən transfer olunub.
0
0