[b]Ronaldo növbəti oyunu buraxacaq?[/b]
03.03.2017 - 17:31
[b]Ronaldo növbəti oyunu buraxacaq?[/b]

Madrid “Real”ının daha bir futbolçusu sıradan çıxıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, hücumçu Kriştianu Ronaldo zədədən əziyyət çəkir.

 

Portuqaliyalı “kral klubu”nun sabah “Eybar”la səfərdə keçiriləcək çempionat matçını buraxa bilər. Çünki superulduz bu gün fərdi məşqlə kifayətlənib. Baş məşqçi Zinəddin Zidan komandanın bombardiri ilə bağlı yekun qərarı oyun günü verəcək.

 

Qeyd edək ki, “Real”da aparıcı futbolçulardan Rafael Varan zədə, Qaret Beyl isə cəza ucbatından “Eybar”la qarşılaşmada iştirak etməyəcək.