[b]Ronaldo qəzaya uğrayan komandanın hesabına 3 milyon dollar köçürdü[/b]
30.11.2016 - 11:44
[b]Ronaldo qəzaya uğrayan komandanın hesabına 3 milyon dollar köçürdü[/b]

İspaniyanın “Real” klubunun və Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldo növbəti dəfə xeyriyyəçiliyi ilə diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, ulduz hücumçu təyyarə qəzasına uğramış Braziliyanın “Şapekoense” klubunun üzləşdiyi faciəyə biganə qalmayıb.

 

Belə ki, Ronaldo Cənubi Amerika təmsilçisinin hesabına 3 milyon dollar köçürüb. Portuqaliyalı qəzada dünyasını dəyişənlərin yaxınlarına dəstək olmağı da lazım bilib: “Şapekoense” ilə baş verən faciədən şoka düşmüşəm. Mən hadisə qurbanlarının ailə üzvləri və dostları ilə həmrəyəm”.

 

Bundan başqa, Fransanın PSJ klubu da Braziliya təmsilçisinin hesabına pul köçürənlər sırasına düşmək istəyir. “Şapekoense”yə 40 milyon dollar ödəmək istəyən fransalılar vasitəçilik üçün FİFA-ya rəsmi müraciət edib.

 

Qeyd edək ki, Sudamerikana kubokunun “Atletiko Nasyonal”la ilk final oyununun keçirilməsi üçün Kolumbiyaya yollanan “Şapekoense” Medelyin yaxınlığında qəzaya uğrayıb. Hava gəmisində olan 81 nəfərdən 76-sı vəfat edib.