[b]Ronaldo yenidən millidə [/b]
19.03.2016 - 13:44
[b]Ronaldo yenidən millidə [/b]

Bolqarıstan və Belçika ilə yoldaşlıq görüşləri keçirəcək Portuqaliya yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, Joao Moutinyo, Fabio Koentrao və Mendeş zədəli olduqları üçün millidən kənarda qalıblar.

 

Əvəzində “Benfika”nın yarımmüdafiəçisi Renato Sançes ilk dəfə yığmaya çağırılıb. Bundan əlavə, noyabrdakı yoldaşlıq görüşlərini buraxan Kriştianu Ronaldo da yenidən milliyə qayıdıb.

 

Qapıçılar: Rui Patrisio (“Sportinq”), Eduardo (“Dinamo”, Xorvatiya), Antoni Lopes (“Lion”, Fransa)

Müdafiəçilər: Bruno Alveş (“Fənərbaxça”, Türkiyə), Rikardo Karvalyo (“Monako”, Fransa), Pepe (“Real”, İspaniya), Eliseu (“Benfika”), Vieyrinya (“Volfsburq”, Almaniya), Sedrik, Jose Fonte (hər ikisi “Sauthempton”, İngiltərə), Rafael Qerreyro (“Loryan”, Fransa)  

Yarımmüdafiəçilər: Adrien Silva, Vilyam Karvalyo, Joao Mario (hamısı “Sportinq”), Rafa (“Braqa”), Luiş Nani (“Fənərbaxça”, Türkiyə), Danni (“Zenit”, Rusiya), Renato Sançes (“Benfika”), Rikardo Quarejma (“Beşiktaş”, Türkiyə), , Bernardo Silva (“Monako”, Fransa), Danilo Pereyra (“Porto”), Andre Qomeş (“Valensiya”, İspaniya)

Hücumçular: Kriştianu Ronaldo (“Real”, İspaniya), Eder (“Suonsi”, Uels)