Madrid “Real”ının rəhbərliyi maraqlı addım atıb. Apasport.az saytı İspaniya mətbuatına istinadən xəbər verir ki, “kral klubu” portuqaliyalı futbolçusu Kriştianu Ronaldoya Mərakeşə müntəzəm səfər etməyi qadağa qoyub.
Ronaldonun hər gün məşqdən sonra adıçəkilən ölkəyə getdiyi haqda xəbərlər yayılmışdı.
Onun Mərakeşdəki dostunun yanına tez-tez getməsindən “Real” rəhbərliyi narazı qalıb. Komandadakı nizam-intizamı daha yüksək səviyyəyə çatdırmaq istəyən madridlilər 31 yaşlı futbolçudan klubun imicinə xələl gətirməməyi tələb ediblər.
Qeyd edək ki, bir müddət öncə Ronaldonun homoseksual olduğu və mərakeşli kikboksçu Badr Hari ilə eşq yaşadığı haqda məlumat çıxmışdı. Lakin Portuqaliya yığmasının üzvü açıqlama verərək, bunu təkzib etmişdi.