[b]Rüfət Dadaşov yeni klubla müqavilə bağladı[/b]
22.06.2016 - 14:38
Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşov komandasını dəyişib. Apasport.az Almaniyanın die-fans.de saytına istinadən xəbər verir ki, 24 yaşlı futbolçu “Halberştadt” klubu ilə yollarını ayırıb.
Dadaşov bundan sonra “Moyzelvits” komandasının uğurları üçün çalışacaq. Ötən mövsüm Almaniya Regional Liqasında 10 qola imza atan Rüfət yeni klubu ilə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Berti Foqtsun baş məşqçi olduğu dönəmdə Azərbaycan millisinə çağırılan Dadaşov 16 oyunda 4 dəfə fərqlənib.
0
0