[b]Rumıniyalılarla 4-cü duel[/b]
07.07.2017 - 18:09
[b]Rumıniyalılarla 4-cü duel[/b]

Azərbaycan çempionu “Araz” avrokubok tarixində 4-cü dəfə Rumıniya klubu ilə görüşəcək. Apasport.az saytının məlumatına görə, UEFA kubokunun püşkatmasının Rumıniya “Deva”sı ilə üz-üzə qoyduğu Naxçıvan klubu bunadək 3 dəfə bu ölkədən olan rəqiblə qarşılaşıb.

 

İlk belə matç 2008-ci ilə təsadüf edib. “Odorheyu” ilə matçda “Araz” 6:4 hesabı ilə qələbə qazanıb.

 

Digər iki dueldə isə təmsilçimiz “Tırqu-Mureş”lə qarşılaşıb. 2010-cu ildə 3:1 hesablı qələbə əldə edən “Araz” 4 il öncə bərabərliklə kifayətlənib – 3:3.