[b]Rusiya – 3-cü “bədbəxt”[/b]
24.06.2017 - 22:37
[b]Rusiya – 3-cü “bədbəxt”[/b]

Konfederasiyalar Kuboku – 2017-də A qrupunda mübarizə başa çatıb. Apasport.az saytının məlumatına görə, Portuqaliya və Meksika müvafiq olaraq 1 və 2-ci yerləri tutaraq yarımfinala yüksəliblər.

 

Meydan sahibi Rusiya isə gözlənilənin əksinə olaraq qrupda qalıb. Şimal qonşularımızın gücü sadəcə Yeni Zelandiyaya çatıb – 2:0. Çerçesovun komandası Portuqaliya və Meksikadan isə zəif olub.

 

Maraqlıdır ki, Rusiya öz meydanında keçirilən KK-da qrupda qalan 3-cü komandadır. İlk dəfə 1997-ci ildə Səudiyyə Ərəbistanı doğma meydanda keçirilən yarışın sonrakı mərhələsini kənardan azarkeş kimi izləməli olmuşdu.

 

2001-ci ildə Cənubi Koreya da qruplarda dayanmağa məcbur olmuşdu.

 

Qeyd edək ki, B qrupundan yarımfinala kimlərin çıxacağı sabah bəlli olacaq.