“Bizim üçün çox çətin oyun keçdi. Matça yaxşı başladıq, qol vurduq, ancaq sonra standart vəziyyətdə səhvə yol verdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri futzal üzrə Rusiya yığmasının baş məşqçisi Sergey Skoroviç deyib.
Avropa çempionatının ¼ final mərhələsində yığmamıza 6:2 hesabı ilə qalib gələn ruslar adlarını yarımfinala yazdırıblar.
Matçdan sonra fikirlərini bölüşən Skoroviç bildirib ki, Azərbaycan yığması oyunun gedişində rəqibdə gərginlik yarada bilib: “Davamlı olmasa da, müəyyən müddətdə komandada əsəb yarandı. Ancaq vaxtında toparlandıq və standart vəziyyətdən qol vurduq. Hər iki “4-lüy”ümüz yaxşı oynadı. Biri müdafiədə, digəri hücumda. Uşaqlar bir-birlərini yaxşı başa düşürdülər, ritmi tutmuşdular”.
Skoroviç millimizlə görüşdə qapıçı Qustavonun çıxışından razı qaldığını qeyd edib: “Təbii ki, qapımız qarşısında təhlükəli vəziyyətlər oldu. Bundan qaçmaq mümkün deyildi. Rəqibin qol imkanı əldə etdiyi epizodlarda qapıçımız yaxşı təsir bağışladı. Mən hər dəfə bunu deyirəm ki, oyunlar bir-birindən fərqlidi. Rəqibin nə qədər qol vurması vacib deyil. Əsas odu ki, sən rəqibdən çox qol vurasan. Qələbədə mühüm rolu bu amil oynayır”.
Qeyd edək ki, ruslar yarımfinalda ev sahibi Serbiya yığması ilə üz-üzə gələcək.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”