Rusiya və Qana milliləri arasında yoldaşlıq oyununu idarə edən azərbaycanlı FİFA hakimi Əliyar Ağayevin idarəçiliyi şimal qonşularımız tərəfindən müsbət qarşılanıb. Apasport.az saytının məlumatına görə, rusiyalıların son yoxlama oyunlarını dəyərləndirən Andrey Talalayev də həmyerlimizin işinə qiymət verib.
Rusiya yığmalarının məşqçisi Ağayevi öz ölkəsindən olan hakimlərə nümunə də göstərib: “Problem ondadı ki, daxili çempionatda yüksək intensivlik yoxdu. İlk dəqiqədən sonadək mübarizə də müşahidə olunmur. Buna hakimliyi də əlavə edək. Rusiyada yersiz oyun dayanmaları həddən artıq çoxdu. Əgər Qana ilə oyunda azərbaycanlı hakimə fikir verdinizsə, referi mübarizə aparmağa, epizodları sona çatdırmağa imkan verirdi. Bizdə isə çox güman ki, belə anlarda hakim fiti səslənərdi”.
Qeyd edək ki, Rusiya – Qana oyunu şimallıların 1:0 hesablı qələbəsi ilə nəticələnib.