[b]Ruslan Abışov nə vaxt sıraya dönəcək?[/b]
16.04.2016 - 12:00
[b]Ruslan Abışov nə vaxt sıraya dönəcək?[/b]

“Qəbələ” ölkə çempionatının XXX turunda “Rəvan” üzərində qələbə qazansa da, bir məqam “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun əhvalını korlayıb. Apasport.az saytının məlumatına görə, söhbət komandanın təcrübəli futbolçusu Ruslan Abışovun zədələnməsindən gedir.

 

İlk hissədə qasıq nahiyəsindən xəsarət alan Abışov 29-cu dəqiqədə əvəzlənmək məcburiyyətində qalıb.

 

Ruslan Bakıya gələrək, bu günlərdə Maqnit Rezonans Tomoqrafiyasından (MRT) keçməlidi. Məhz bundan sonra futbolçunun zədəsinə konkret aydınlıq gələcək. Əgər Abışovda qasıq dartılması aşkar edilsə, millinin üzvü ən azı 1 həftə yaşıl meydanlardan uzaqda qalacaq.

 

Məlumatı əməkdaşımızla söhbətində “Qəbələ”nin məşqçisi Sənan Qurbanov da təsdiqləyib.

 

Qeyd edək ki, “Rəvan” üzərindəki qələbə sayəsində “Qəbələ” xallarının sayını 46-ya yüksəldib.