[b]Ruslan Əmircanov qərarını verdi[/b]
17.06.2016 - 14:58
[b]Ruslan Əmircanov qərarını verdi[/b]

“İnter”in futbolçusu Ruslan Əmircanov karyerasını hazırkı komandasında davam etdirmək fikrindədi. Bu barədə apasport.az saytına cinah müdafiəçisi özü məlumat verib.

 

“Bankirlər”lə müqavilə müddəti başa çatan milli komandamızın sabiq üzvü komanda dəyişikliyinə ehtiyac duymur. Əmircanov son sözünü baş məşqçi Zaur Svanadze ilə görüşdükdən sonra deyəcək.

 

31 yaşlı futbolçu “Zirə”yə keçəcəyi ilə bağlı xəbərləri də təkzib edib: “Mənim istəyim “İnter”də qalmaqdı. Baş məşqçini gözləyirəm. Gəldikdən sonra onunla da görüşəcəm və həmin söhbətə əsasən qərarımı qətiləşdirəcəm. Amma çox güman ki, komandada qalacam. O ki qaldı “Zirə” söhbətinə, onlardan heç kim mənimlə əlaqə saxlamayıb”.

 

Qeyd edək ki, yay fasiləsində 9 oyunçu alıb, 8-i ilə yollarını ayıran “İnter” 12 nəfərlə də yeni müqavilə imzalayıb.