[b]Sabiq “Bakı”lı millinin baş məşqçisi təyin edildi[/b]
19.04.2017 - 15:15
[b]Sabiq “Bakı”lı millinin baş məşqçisi təyin edildi[/b]

Aleksandr Starkovun işsiz günləri başa çatıb. Apasport.az saytı xəbər verir ki, “Bakı”nın sabiq çalışdırıcısı yenidən Latviya yığmasının “sükanı arxası”na keçib.

 

Məlumatı ölkənin futbol federasiyası açıqlayıb. Starkov bu postda bir müddət əvvəl istefaya göndərilən Maryan Paxarı əvəz edib.

 

2011-2012-ci illərdə “Bakı”nın baş məşqçisi olmuş Starkov üçün Latviya millisi yad deyil. Belə ki, o, 2001-2004 və 2007-2013-cü illərdə ölkəsinin yığma komandasını çalışdırıb. Starkov “Bakı”nın baş məşqçisi olduğu dönəmdə paralel olaraq, Latviya millisinə də rəhbərlik edib.

 

Qeyd edək ki, Aleksandr Starkov 2013-cü ildən bəri işsiz idi.

0