[b]Sabiq “Qəbələ”li Vengeri tənqid etdi: Mənə heç nə öyrətməyib[/b]
07.09.2017 - 15:33
[b]Sabiq “Qəbələ”li Vengeri tənqid etdi: Mənə heç nə öyrətməyib[/b]

“Qəbələ”nin sabiq çalışdırıcısı Toni Adams ölkəsi İngiltərədə gündəmə gəlib. Apasport.az saytı xəbər verir ki, o, “Arsenal”ın baş məşqçisi Arsen Vengeri tənqid edib.

 

Adams vaxtilə rəhbərliyi altında oynadığı mütəxəssisin ona heç nə öyrətmədiyini bildirib. Bununla belə, o, fransız məşqçini güclü psixoloq adlandırıb: “Venger komandanı oyuna yaxşı hazırlayırdı. Futbolçulara psixoloq kimi yanaşırdı və bunu əla bacarırdı. Amma o mənə heç nə öyrətməyib. Müdafiə olunmağı Vengerdən öyrənmişəm? Əsla”.

 

Qeyd edək ki, Adams futbolçu karyerası ərzində yalnız “Arsenal”ın formasını geyinib. O, 1983-2002-ci illərdə “topçular”ın heyətində 669 oyunda 48 qola imza atıb.  

0