[b]Sabiq “Xəzər Lənkəran”lı futbolçusunu qovdu[/b]
02.03.2017 - 17:05
[b]Sabiq “Xəzər Lənkəran”lı futbolçusunu qovdu[/b]

“Əskişəhərspor”un yeni baş məşqçisi Mustafa Dənizli ilə aparıcı futbolçusu Ərkan Zəngin arasında mübahisə olub. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, hadisə I liqa klubunun məşqi zamanı baş verib.

 

Məşqin gedişində zədələnən Ərkan ayağına buz qoyub. Bu sırada Dənizlinin ona xəbərdarlıq etməsi tərəflər arasında mübahisəyə səbəb olub. Gərginliyin artdığını görən futbolçu meydanı tərk edib. Bu hadisədən sonra baş məşqçi Ərkan Zəngini komandadan uzaqlaşdırıb. Klub prezidenti Halil Ünal həm baş məşqçi, həm də oyunçu ilə görüşməyə hazırlaşır.

 

Qeyd edək ki, sabiq “Xəzər Lənkəran”lı Mustafa Dənizli “Əskişəhərspor”da bu günlərdə istefa verən Alpay Özalanı əvəz edib.