[b]Sabri Sarıoğlu yenidən “sarı-qırmızılı” forma geyinə bilər[/b]
15.06.2017 - 22:15
[b]Sabri Sarıoğlu yenidən “sarı-qırmızılı” forma geyinə bilər[/b]

“Qalatasaray”dan ayrılan Sabri Sarıoğlu karyerasını yenidən Super Liqada davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, müdafiəçinin “Kayserispor”a keçmək şansı yaranıb.

 

Bu barədə “sarı-qırmızılı” klubun prezidenti Erol Bedir açıqlama verib. O bildirib ki, Sabrinin “Qalatasaray”la müqaviləsi başa çatdıqdan sonra komandanın kapitanı Umut Bulut ona zəng edib və istəsə, “Kayserispor”da oynaya biləcəyini deyib.

 

15 il çıxış etdiyi klubundan ayrıldığı üçün olduqca üzgün və məyus olan Sabri təklif haqqında konkret fikir bildirməsə də, rədd cavabı da verməyib.

 

“Kayserispor”un futbolçu üçün yenidən təklif hazırlayacağı bildirilib.