[b]Samir Abasov texniki zonadan qovuldu[/b]
22.09.2016 - 18:47
[b]Samir Abasov texniki zonadan qovuldu[/b]

Topaz Premyer Liqasının III turundan təxirə salınmış “Qəbələ” – “Sumqayıt” matçında qonaqların baş məşqçisi Samir Abasov texniki zonadan qovulub. Apasport.az saytının məlumatına görə, hadisə 85-ci dəqiqədə baş verib.

 

Həmin dəqiqədə Baqali Dabonun qolundan sonra hakimlikdən narazı qalan Abasov etirazını sərt şəkildə bildirməyə başlayıb. O, baş hakim Rauf Cabbarova qoldan öncə meydanın mərkəzində oyunçusuna qarşı kobudluğa göz yumduğunu bildirib. Abasovun əsəblərinə hakim ola bilmədiyini görən referi onu texniki zonadan qovub Baş məşqçi də əsəbini reklam bannerini təpikləyərək çıxıb.

 

Qeyd edək ki, “Qəbələ” görüşdə 1:0 hesabı ilə öndədi.