[b]Samir Abasov ilk sınaq matçını belə şərh etdi[/b]
18.01.2016 - 00:34
“Artıq 2 gündür Antalyada təlim-məşq toplanışını davam etdiririk. Plan üzrə bu gün ilk yoxlama oyununa çıxdıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov deyib.
Antalyada təlim-məşq toplanışında olan “kimyaçılar”ın çalışdırıcısı ilk hazırlıq oyununu belə dəyərləndirib: “Akjayık”la oyunda iki heyətlə çıxış etdik. Sadəcə olaraq, oyun praktikası sarıdan korluq çəkən bir neçə nəfəri çox oynatdım. Oyuna gəldikdə, uşaqlardan razı qaldım. Həvəslə çıxış edib istəklərini ortaya qoydular və qələbə qazandılar”.
- İlin ən yaxşı məşqçisi seçilib - Qvardiola 3-cü olub
- Joze Mourinyo hakimlik haqda: ”Belə bir şey görməmişəm”
- Arda Turan "Beşiktaş"a keçidi ilə bağlı: “Həmişə Qalatasaray”lı olduğumu söyləmişəm”
- Duşan Tadiç: "Kişi kimi məsuliyyəti boynumuza götürməliyik"
- “Ankaragücü” baş məşqçisi ilə yollarını ayırıb
0
0