[b]Samir Əliyev 3 illik müqaviləyə qol çəkdi[/b]
10.05.2017 - 17:18
[b]Samir Əliyev 3 illik müqaviləyə qol çəkdi[/b]

Bu gün "Səbail" klubunun Müşahidə Şurasının iclası keçirilib. Apasport.az saytı klubun feysbuk səhifəsinə istinadən xəbər verir ki, toplantıda komandanın yeni baş məşqçisinin adı rəsmən müəyyənləşib.

 

Müşahidə Şurası Samir Əliyevlə münasibətləri rəsmiləşdirib. “Neftçi”nin sabiq çalışdırıcısı yeni klubu ilə 3 illik müqavilə bağlayıb.

 

Qeyd edək ki, buna qədər "Səbail"in baş məşqçisi vəzifəsində çalışmış Elman Sultanov isə klubun əvəzedici komandasında eyni vəzifəsini icra edəcək.