[b]San-Mariona qarşısında 3 itki ilə[/b]
02.09.2017 - 01:05
[b]San-Mariona qarşısında 3 itki ilə[/b]

DÇ-2018-in seçmə mərhələsinin Norveçlə oyunu Azərbaycan millisi üçün uğursuz alınıb. Apasport.az saytının məlumatına görə, Osloda 0:2 hesabı ilə uduzan yığmamız üç futbolçusunu da itirib.

 

Belə ki, San-Marino ilə növbəti matçda millimiz Maksim Medvedev, Dmitri Nazarov və Bədavi Hüseynovun xidmətindən məhrum olacaq. Buna səbəb hər üç oyunçunun cəzalı duruma düşməsidi.

 

Bədavi iki sarı vərəqə üzündən aldığı qırmızıya görə sentyabrın 4-də “istirahət edəcək”.

 

Maksimlə Dmitri isə tsikldə ikinci dəfə xəbərdarlıq görüb.