[b]Sançes qərarını verdi[/b]
30.06.2017 - 16:00
[b]Sançes qərarını verdi[/b]

“Arsenal”ın futbolçusu Aleksis Sançes gələcək karyerası ilə bağlı qərarını verib. Apasport.az saytı xəbər verir ki, bunu xarici mətbuata açıqlamasında futbolçunun özü bildirib.

 

Çili yığmasının üzvü “Mançester Siti”yə keçib-keçməyəcəyi ilə bağlı sualı bu cür cavablandırıb: “Klaudio Bravonun komanda yoldaşı olacağammı? Yaxşı sualdı (gülür). İndiki məqamda bütün diqqətimi Konfederasiyalar Kubokunun finalına yönəltmişəm. Turnir başa çatandan sonra bu barədə danışa bilərik. Sadəcə, onu deyim ki, gələcək karyeramla bağlı qərarımı artıq vermişəm. Atacağım addım mənə bəllidi. Amma onu indi açıqlaya bilmərəm”.

 

Sançesin şərəfini qoruduğu Çili yığması Konfederasiyalar Kubokunun finalında Almaniya ilə üz-üzə gələcək.

 

Qeyd edək ki, karyerası ərzində “Udineze” və “Barselona” kimi klubların da formasını geyinmiş Aleksis Sançes 2014-cü ildən “Arsenal”ın uğuru üçün çalışır.