[b]Sançesin əvəzinə Pyaniç[/b]
19.01.2017 - 13:24
[b]Sançesin əvəzinə Pyaniç[/b]

Bosniya və Herseqovina yığmasının futbolçusu Miralem Pyaniç karyerasını İngiltərədə davam etdirə bilər. Apasport.az saytı “Tuttosport” nəşrinə istinadən xəbər verir ki, “Yuventus”un yarımmüdafiəçisi ilə “Arsenal” yaxından maraqlanır.

 

“Topçular” 26 yaşlı xavbeki mövsümün sonunda heyətlərinə qatmaq arzusundadılar. London klubunun rəhbərliyinin bu keçidin baş tutması üçün Aleksis Sançesi qarşı tərəfə verməyə hazır olduğu bildirilir.

 

Qeyd edək ki, karyerası ərzində “Lion” və “Roma” kimi klubların da formasını geyinmiş Pyaniç ötən ildən “Yuventus”da çıxış edir.