[b]Səfər komandaları üçün uğurlu gün[/b]
19.03.2016 - 21:28
[b]Səfər komandaları üçün uğurlu gün[/b]

Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında XXVI turun daha 3 oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, baş tutan hər üç qarşılaşma səfərdə oynayan komandaların qələbəsi ilə yekunlaşıb.

 

Əvəzedicilərin çempionatı

XXVI tur

19 mart
 

“Zirə” – AZAL – 0:1
Qol: Tərlan Xəlilov, 35 (p.)

“Xəzər Lənkəran” - “İnter” – 0:3
Qollar: Aqşin Quluzadə, 35; Vüsal Nağıyev, 43; İlkin Sadıqov, 90+2 

“Rəvan” - “Sumqayıt” – 0:3
Qollar: Şahin Əliyev, 16, 68; Ayaz Mehdiyev, 90+1