[b]Səfər qoluyla 9-cu zəfər[/b]
24.08.2017 - 17:02
[b]Səfər qoluyla 9-cu zəfər[/b]

Avrokuboklar tarixində 9-cu dəfə Azərbaycan klubu səfər qolu ilə mərhələ adlayıb. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının qrup mərhələsinə yüksələn “Qarabağ”a qədər 8 dəfə təmsilçimiz rəqib meydanındakı qol hesabına sevinmişdi.

 

“Kopenhagen”i Danimarkada vurulan qolla (1:0, 1:2) üstələyib, qrupa düşən ilk Azərbaycan klubu kimi tarix yazan Ağdam təmsilçisi isə 4-cü dəfə belə uğura sevinib.

 

1999-cu ildə “Qarabağ” mərhələ adlayan ilk Azərbaycan klubu adını da bu yolla əldə etmişdi. Həmin vaxt təmsilçimiz Hayfa “Makkabi”sini üstələmişdi – 2:1, 0:1.

 

2014-cü ildə ilk dəfə Avropa Liqasına yüksələn zaman da “Qarabağ” rəqib meydanında sevinmişdi. Ağdamlılar Hollandiyadakı qolla “Tvente”ni keçmişdi – 0:0, 1:1.

 

2011-ci ildə Farer adaları təmsilçisi “Streymur”la matçlar da eyni nəticə ilə bitmişdi – 1:1, 0:0.

 

“Qarabağ”dan başqa, “Neftçi” və “İnter” hərəyə 2, “Qəbələ” 1 dəfə səfər qoluyla tur adlayıb.