“Neftçi”nin qapıçısı Səlahət Ağayevin durumuna aydınlıq gəlib. Apasport.az klubun saytına istinadən xəbər verir ki, “ağ-qaralar”ın "Zirə” ilə oyunöncəsi məşqdə zədələnmiş qolkiper cərrahiyyə masasına uzanmayacaq.
Belə ki, İstanbulun “Acıbadəm Fulya" xəstəxanasında Türkiyənin tanınmış mütəxəssisi Berkin Tokerin rəhbərlik etdiyi həkimlərin müayinəsindən sonra Ağayevin əməliyyatına ehtiyac duyulmayıb. Səlahətin həkimlərin nəzarəti altında daha əlverişli şəraitdə bərpa xarakterli fiziki məşqlər keçməsi üçün "Acıbadəm Fulya"da qalması məqsədəuyğun sayılıb.
"Neftçi” rəhbərliyi bir neçə gündən sonra İstanbula yollanaraq qapıçıya baş çəkməyi planlaşdırır.
Həkimlərin qərarına görə oktyabrın 10-dək Bakıya qayıdıb bərpa prosesini burada davam etdirəcək futbolçunun noyabrda komanda ilə məşqlərə başlayacağı gözlənilir.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”