[b]Serbiyalı futbolçu “Yuventus”da[/b]
02.02.2017 - 18:43
[b]Serbiyalı futbolçu “Yuventus”da[/b]

“Sao Paulo”nun mərkəz müdafiəçisi Lyanko Voynoviç karyerasını İtaliyada davam etdirəcək. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, 20 yaşlı futbolçu “Yuventus”la anlaşıb.

 

Turin klubu bir neçə gün əvvəl “Sao Paulo”ya 5 milyon avro təklif etsə də, braziliyalılar bunu qəbul etməmiş və italyanlardan daha sərfəli təklif gözlədiklərini vurğulamışdılar. “Yuve”nin ikinci təklifi isə qarşı tərəfi məmnun edib və klublar ortaq məxrəcə gəliblər. Razılığa görə, Braziliyanın gənclər millisinin Serbiya əsilli oyunçusu mövsümün sonunda “Yuventus”a keçəcək.

 

Qeyd edək ki, Lyankonun babası Yovan Voynoviç II Dünya Müharibəsi zamanı keçmiş Yuqoslaviyadan Braziliyaya köçüb və gənc müdafiəçi də Cənubi Amerika ölkəsində anadan olub.