[b]Sergey Zenyov yığmadan ayrıldı[/b]
12.11.2016 - 15:37
“Qəbələ”nin futbolçusu Sergey Zenyov Estoniya millisindən ayrılıb. Apasport.az saytının məlumatına görə, bir neçə gündü yığmanın düşərgəsində olan hücumçu zədə səbəbindən komandadan uzaq düşüb.
Zenyov DÇ-2018-in Belçika ilə seçmə oyunu üçün Brüsselə yollanan heyətdə yer almayıb. Onunla yanaşı vaxtilə ölkəmizdə çıxış edən Dmitri Kruqlov da eyni taleyi yaşayıb.
Qeyd edək ki, Belçika – Estoniya oyunu noyabrın 13-də keçiriləcək.
0
0